Bu kitaba böyük qırğız yazıçısı Çingiz Aytmatovun seçmə hekayələri toplanıb. Qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli insanlar olan bu hekayələr oxucuda dərin təəsürat yaradır.
Ənvər Məmmədxanlının bu kitabdakı hekayələri özünəməxsus üslubu, obrazların və hadisələrin lirik-romantik təsviri, qəhrəmanların ecazkar daxili dünyası ilə oxucu qəlbini riqqətə gətirir.
İsi Məlikzadənin bu kitabda toplanan hekayələr yalnız maraqlı süjetləri və qəhrəmanları ilə diqqəti cəlb eləmir, eyni zamanda dilimizin şirinliyini, zənginliyini əks etdirir.
Roald Dahlın bu kitaba daxil edilən bir-birindən maraqlı hekayələr istər süjetinə, istərsə də məzmununa görə birnəfəsə oxunur, düşündürür və həyəcanlandırır.
Heyvanlar haqda yazdığı əsərlərlə tanınan Ernest Seton-Tompsonun dovşanlar, marallar, ayılar, atlar, itlər, pişiklər haqda qələmə aldığı hekayələri olduqca təsirli və həyəcanlandırıcıdır.
Böyük yazıçı Cəfər Cabbarlının Azərbaycan nəsrində özünəməxsus yeri olan hekayələrinin toplandığı bu kitabdakı əsərlərin ana xəttini savadsızlıq, sosial ədalətsizlik, qadın hüquqsuzluğu kimi problemlərin yaratdığı faciələr təşkil edir.
Redyard Kiplinqin seçmə hekayələrinin toplandığı bu kitabı oxuduqca özünüzü əsrarəngiz bir dünyada hiss edəcək, bir-birindən maraqlı xarakterlə qarşılaşacaqsınız.
Vasili Şukşinin bu kitabdakı hekayələrinin qəhrəmanları qəribə, fərsiz, xəyalpərəst-müdrik, bəzən üsyankarlıq nümayiş etdirən canlı və təbii insanlardır. Müəllif qəhrəmanlarını ideallaşdırmır, ancaq mənəviyyatın öz başlanğıcını məhz bu üsyankarlıqdan götürdüyünə inanır.
Fazil İskəndərin bu kitabda toplanan hekayələrini oxuduqca müəllifin müstəsna yumor hissinə, hadisələri canlı təsvir bacarığına və həyatı dərindən bilməsinə valeh olacaqsınız.
Ömər Seyfəddinin seçmə hekayələrinin toplandığı bu kitabdakı əsərlər XX əsrin əvvəllərində Türkiyənin ictimai-tarixi şəraiti, cəmiyyətin çatışmazlıqları məharətlə əks olunub.
Bu kitabda dünya ədəbiyyatının klassiklərindən Anton Çexovun öz dövrünün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirən seçmə hekayələri toplanıb.
Kitabda Prosper Merimenin ən məşhur əsərləri yeni təqdimatda oxucuların ixtiyarına verilir. Bu novellalar ilk növbədə dərin insani duyğular, qəhrəmanlıq, sevgi kimi ali hisləri özündə ehtiva edir.
XX əsr ədəbiyyatının ən böyük realist ədiblərindən biri olan Cek Londonun seçilmiş hekayələrindən ibarət bu kitabdakı əsərlərdə möhkəm iradəli, mərd, fədakar, nəcib insanlardan bəhs olunur.
Rey Duqlas Bredberinin bu kitabdakı hekayələrinin əsas mövzusunu bəşər övladının dərkolunmaz sirli qüvvələr qarşısında acizliyi, insan zəkasının qavraya bilmədiyi mistika və Yer kürəsindən kənar sivilizasiyadakı həyat təşkil edir
Ernest Heminqueyin sizə təqdim olunan hekayələrində artıq sözə rast gəlinmir, oxucunun diqqətinə əhəmiyyətsiz xırdalıqlar yox, gerçək hadisələr təqdim olunur.
Kitabda İsmayıl Şıxlının müxtəlif illərdə qələmə aldığı hekayələri, əfsanə və rəvayətləri toplanıb. Bu əsərlərdə həyat reallıqları, insan psixologiyası məharətlə əks olunub.
Bu kitabda görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin ən məşhur hekayələrini yeni təqdimatda oxuyacaqsınız. Həmin hekayələrdə XX əsrin əvvəllərindəki cəmiyyətimizin sosial-məişət problemləri əks olunur.
Bu kitaba görkəmli mütəfəkkirimiz Əbdürrəhim bəy Haqverdiyevin zəngin ədəbi irsindən seçmələr toplanıb. Cəmiyyətdəki naqislliklərə özünəməxsus istehza ilə yazılmış bu hekayələr birnəfəsə oxunur.
Bu ktaba Edqar Allan Ponun fantastik və kriminal janrda yazılan seçilmiş hekayələri toplanıb. Hekayələrin qəhrəmanları ağlasığmaz, fantastik və qorxunc vəziyyətlərdə təqdim olunur.
Əziz Nesinin satirik hekayə və novellalarından ibarət bu kitabdakı əsərlər XX əsr türk insanının əxlaq və düşüncəsini, sosial durumunu, eləcə də cəmiyyətin saflaşdırılması uğrunda mübarizəsini əks etdirir.
Nağılçılıq məharəti ilə oxucunu heyran qoyan Lev Tolstoyun bu kitaba daxil edilən hekayələrində mühüm sosial və əxlaqi problemlərə toxunulur, pulun hakim kəsildiyi cəmiyyət kəskin tənqid edilir.
Bu kitabda dünya uşaq ədəbiyyatının tanınmış simalardan biri Səməd Behrənginin ilk baxışdan uşaqlara ünvanlanmış, əslində isə ciddi sətiraltı mənalarla zəngi olan, beləcə, böyükləri də dərindən düşündürən əsərləri toplanıb.
Bu kitaba elmi-fantastik janrın ustalarından biri Herbert Corc Uellsin yuxu ilə həyat arasındakı incə keçid zamanı yaranan qarabasmalar, onların psixoloji fəsadları və elmi izahları barədə bənzərsiz hekayələri toplanıb.
Frans Kafkanın bu kitaba daxil edilən novella və hekayələrində ümumbəşəri problemlər – şəxsiyyət və mühit, ata və oğul, doğmalıq və yadlıq, eləcə də bunların bir-birinə hökmranlığı öz əksini tapıb.
Расскажите нам о ваших литературных предпочтениях – выберите интересные вам жанры и поджанры
Мы собрали для вас персональную книжную подборку на основе ваших предпочтений.