13012181530

Читать онлайн «Hekayələr»

Автор Константин Паустовский

6

Aleksandr Blok (1880-1921) – görkəmli rus şairi; haqqında danışılan “Uzaq yol asan olur” kitabının adı isə 1908-ci ildə yazılmış “Rusiya” adlı şeirindəki misradan götürülüb.

7

Beqoniya çiçəyi – dekorativ dibçək gülü; çiçək Haitinin qubernatoru Mişel Beqonun (1638–1710) şərəfinə adlandırılıb. Belə ki, M. Beqon Haitiyə qubernator təyin olunduqdan sonra adanın turizm infrastrukturunu, eyni zamanda yerli əhalinin əkinçiliyə marağını artırmaq üçün burada bitən bütün bitki aləmini təsnifatlandıraraq kataloq yaradıb. Beqoniya çiçəyi isə botaniklərə məlum olmayan yeni bitki olduğu üçün onu kəşf edən qubernatorun şərəfinə adlandırılıb.

8

Avropa carçısı” jurnalı – Rusiyada 1802-1918-ci illər arasında əvvəlcə rüblük, sonra isə aylıq çıxan ədəbi, siyasi jurnal

9

İvan Nikolayeviç Kramskoy (1837-1887) – rus rəssamı, tənqidçisi; əsasən, tarixi mövzularda rəsmlər və portretlər çəkib.

10

Solveyq – Norveç dramaturqu, şairi, publisisti Henrik Yohan İbsenin (1828-1906) “Per Günt” poemasının qadın qəhrəmanı

11

Moyka – hazırkı Sankt-Peterburqda çay; Neva çayının bir qoludur. Uzunluğu 4,6 km, eni 40 m-dir. Moykanın hər iki sahili boyunca şəhərin ən qədim binaları yerləşir.