116181530

Читать онлайн «Dahi»

Автор Теодор Драйзер

Teodor Drayzer

Dahi

Kitab Klubu 2014

2

T ə r c ü m ə e d ə n i : Cəfər Bağır Redaktorlar: Fərid Kərimov,

Nurəddin Məmmədli

Teodor Drayzer – “Dahi”

Kitab Klubu, 2014, 832 səh.

Məşhur Amerika yazıçısı T.Drayzerin (1871-1945) "Dahi"

(1915) əsəri istedadlı şəxsiyyət, Amerikada keçən əsrin sonunda yaşamış rəssamın taleyi, qəhrəmanın yaradıcılığı və

mənəvi axtarışları haqqındadır.

Kitabı bu nömrələrə zəng etməklə əldə edə bilərsiniz

ISBN 978–9952–8245–8–2

© Kitab Klubu 2014

© Yazıçı 1988

3

GƏNCLİK

_______________________________________

Birinci kitab

BİRİNCİ FƏSİL

Bu hekayədəki əhvalat 1884-1889-cu illər arasında İllinoys ştatının balaca inzibati mərkəzində, o vaxtlar on minə qədər əhalisi olan Aleksandriya şəhərində başlanır. Aleksandriyanı ancaq ona görə şəhər adlandırmaq olardı ki, o, kəndlikdən çıxmışdı. Təsvir edilən dövrdə bu şəhərdə bir konka xətti, “Opera” adını daşıyan teatr (bunun nə üçün belə adlandırıldığı məlum deyildi, çünki burada heç bir zaman opera tamaşaya qoyulmamışdı), buradan keçən dəmir yollarının sayına görə iki vağzal, bir də, necə deyərlər, işgüzar mərkəz var idi ki, əslində bu, baş meydan ətrafında daim camaatla dolu olan dörd səkidən ibarət idi. Şəhərin işgüzar mərkəzində dairə məhkəməsi və dörd qəzet redaksiyası yerləşmişdi. Bunlardan ikisi səhər və ikisi axşam qəzeti idi. Bu qəzetlər müvəffəqiyyətlə oxuyucuların şüuruna çatdırmağa cəhd edirdilər ki, dünyada həm yerli, həm də ümumi dövlət miqyasında bir çox müxtəlif məsələlər var və həyat insanın üzərinə bir çox maraqlı və müxtəlif vəzifələr qoyur.

Şəhər kənarında olan bir neçə göl və gözəl balaca çay – ətraf mənzərənin, demək olar ki, ən çox xoşagələn bu xüsusiyyəti –

Aleksandriyaya ucuz kurort xarakteri verirdi. Şəhərdəki binalar yeni deyildi. O zaman Amerika ucqarlarında olduğu kimi, onlar, demək olar ki, tamamilə taxtadan idi, lakin bəzi məhəllələr hətta bəzəkli görünürdü. Burada evlər yaşıl bağçalar içərisində idi və

onları əhatə edən yaşıl çəpərlər, hər həyətdə olan gül ləkləri, kərpic döşənmiş yollar onların sahiblərinin bolluq və rahatlıq içərisində

yaşadığına dəlalət edirdi. Aleksandriya gənc amerikalıların şəhəri idi. Onun ruhu gənc idi. Hər kəsin qarşısında əsrarəngiz genişlik açılırdı. Burada yaşamaq və həyatdan zövq almaq olardı.

Bu şəhərdə öz vəziyyəti və tərkibi ilə Amerika üçün, xüsusən onun Orta qərb hissəsi üçün səciyyəvi hesab edilə bilən bir ailə

yaşayırdı. Bu ailəni yoxsul adlandırmaq olmazdı, – hər halda o

4

özünü yoxsul hesab etmirdi, ancaq varlı da deyildi. Ata tikiş

maşınları satışı üzrə agent olan Tomas Ceferson Vitla, vilayətdə ən çox məşhur olan və işə gedən maşın markalarından birini yaymaqla məşğul idi. Qiyməti iyirmi, otuz beş və altmış dollar olan hər bir maşının satışı ona otuz beş faiz komissiya pulu gətirirdi.

Maşın az satılırdı, lakin bu, agentin belə əməliyyatdan ildə iki min dollara qədər qazanması üçün kifayət idi. Mister Vitla bu vəsaitə

Все готово!

Мы собрали для вас персональную книжную подборку на основе ваших предпочтений.

1 из 10 оценок
Оцените как минимум 10 книг, чтобы рекомендации были
более точными
1 из 10 оценок