Читать онлайн «Altunsaç»

Автор Курбан Саид

QURBAN SƏİD

ALTUNSAÇ

1

Alman dilindən çevirən

Çərkəz Qurbanlı

Korrektor: Dürdanə Ramazanlı

Qurban Səid. Altunsaç

Bakı, KitabKlubu. org, 2018, 276 səh.

Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin (bu, Məhəmməd Əsəd Bəyin ikinci təxəllüsüdür)

«Altunsaç» romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır.

© Kitab Klubu MMC, 2018

ISBN 978-9952-8686-0-1

Kitabı əldə etmək üçün:

KitabKlubu. org: (012) 489-84-69, (050) 404-91-13

Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54

2

ÖNSÖZ

MÜƏMMALI ƏSƏD BƏY

VƏ SİVİLİZASİONLAR SAVAŞI

öncə müəllif haqqında

Əsəd Bəy … Həm də Leo Noissumbaum, Qurban Səid.

Parlaq, istedadlı, eyni zamanda faciəli şəxsiyyət. Həyat və

yaradıcılıq yolu bugün də müxtəlif ölkələrdə kütləvi informasiya vasitələrinin və oxucuların diqqət və ehtiramını qazanmış insan, keşməkeşli tale. İnternetdə latın qrafikasında Essad Bey adı ilə öz saydları, informasiya qaynağı var ki, bu da azərbaycanlı yazıçının, Bakı yetirməsinin dünya şöhrətindən xəbər verir.

Yazıçı və publisist, tarixçi və politoloq kimi hələ sağlığında Qərbdə və ABŞ-da məşhur idi.

Əsərləri böyük tirajlarla alman, ingilis, fransız, italyan, türk, rus və polyak dillərində, çox dillərdə də təkrar-təkrar çap olunmuşdur, ümumiyyətlə

dünyanın on yeddi dilinə tərcümə edilmişdir.

Yeri gəlmişkən, ən az çap olunduğu dil ana dili, Azərbaycan dilidir ki, buna da səbəb romanlarından birinin, «Əli və

Nino»nun ətrafında son dövrlər irəli sürülən müxtəlif versiyalardır. Təbii ki, bu versiyalar müəyyən mənada yerli naşirlərin Əsəd Bəy yaradıcılığına olan marağının üstünə soyuq su çiləmişdir. Adının, daha doğrusu, tarixi şəraitlərin təzyiqi altında «uğursuz» qəbul etdiyi təxəllüslərin «açılışı» da əsərlərinin müəlliflik hüququ ilə bağlı bir çox məsələləri dolaşdırmışdır.

Amma məsələlərə aydınlıq gətirmək lazımdır: Azərbaycan mühacirət ədəbiyyatının ən parlaq nümayəndələrindən biri olaraq o, Azərbaycanı tərk edib ilk dəfə Avropaya düşəndə

artıq müəmmalı şəxsiyyətlərdən biri idi. Avropada əvvəlcə

Almaniyada, sonra isə Avstriya və İtaliyada yaşamış, elə

İtaliyada da vəfat edib Neapol yaxınlığındakı Pozitano 3

şəhərində dəfn edilmişdir. Haqqında film çəkən alman kinomatoqrafçılarının mülahizələrinə görə mərhumun ərəbcə

yazılı baş daşı qibləyə doğru qoyulmamışdır ki, bu da, təsdiqlənərsə, müsəlman adətincə dəfnin müvəqqətiliyinə, Əsəd Bəy nəşinin, çox güman ki, doğma vətənə dönməsinə bir vəsiyyət kimi qəbul olunmalıdır.

Publisist kimi bolşevik sistemini qamçılayan Əsəd Bəy sovet dövründə bizə bəlli olmamış və yalnız Azərbaycan Respublikası öz müstəqilliyini qazandıqdan sonra vətənin-də

tanınmış, özü və yaradıcılığı haqqındakı faktların kasadlığı, bir neçə təxəllüsə malik olması üzündən mübahisə, hətta nifaq obyektinə çevrilmişdir.

Məhəmməd Əsəd Bəy – bu, yazıçının Pozitanodakı baş

daşına ərəb əlifbası ilə həkk edilmiş tam və dolğun adıdır. Adın altında əlavə olaraq müsəlman ənənəsi ilə bir cümlə də