116181530

Читать онлайн «Qasırğa»

Автор Теодор Драйзер

T e o do r D r a y z e r

Qasırğa

O n o r e de B a l z a k

İfritə

KitabKlubu.org

Bakı – 2014

Q a s ı r ğ a ( p o v e s t )

Teodor Drayzer

Qasırğa (povest). Tərcümə edən: Zeydulla Ağayev

Onore de Balzak

İfritə (povest). Tərcümə edən: Əsgər Ağayev KitabKlubu.org, 2014, 150 səh.

Türkiyənin 20-ci əsr ən güclü romançılarından biri olan Güntəkin bu əsərini 1924-cü ildə yazıb. Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır.

Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gər-ginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür…

Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəlinən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisədən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib…

Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və

təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir…

Roman isə heç kimin gözləmədiyi sonluqla bitir…

Kitabı əldə etmək üçün:

 KitabKlubu.org: (012) 492-12-38, (050) 404-91-13

 Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54

ISBN 978–9952–8245–5–1

© KitabKlubu.org, 2014

© Gənclik, 1972

– 2 –

T e o d o r D r a yz e r

Teodor Drayzer

Qasırğa

İda Zobel hər şeyə biganə olan adi adamların əhatəsində

dünyaya gəldi. Ciddi və səliqəli alman qadını olan anası onu üç yaşında atasının və bibisinin, ümidinə qoyaraq öldü. İda on yaşına çatanda Uilyam Zobel ciddilikdə özünə və əvvəlki arvadına oxşayan ikinci bir arvad aldı.

Hər ikisi onları əhatə edən Amerika dünyasının yün-güllüyü və başıpozuqluğu ilə heç vəchlə barışa bilmirdi.

Simic, yerəbaxan, uzağı görməyən, həm də diribaş alman olan bu adamlar, rahatlıq bilməyən, həmişə nə isə axtaran, nəyinsə arzusunda olanların sırasında idilər. Zobelə elə

gəlirdi ki, bu cür həyat həddindən artıq hay-küyçü olan gənc kişi və qadınların hər axşam küçələri dolaşıb, kefdən başqa heç nə düşünməməsindən çox-çox yaxşı idi. Hələ

avtomobillərdə o yan-bu yana şütüyən bu gənc avaralar, onların gəzdikləri qızlar! Başlarını itirmiş biganə

valideynlər! Bütün uşaqların müstəqil, özbaşına hərəkətləri!

Belə millətin axırı nə olacaq? Evdə, boş vaxtlarında vərəqlədiyi qəzetlər də belə məzmunsuz yazılarla dolu deyildimi? Hər yerdə çılpaq qadın şəkillərinə rast gələrsən!

Caz! Ehtiras mərasimləri! Kəmərlərinin altında butulka gəzdirən yuxarı sinif oğlanları! Hələ qızlar! Dizdən yuxarı yubka geyən, lüt baldırlı, yaxaları döşlərinin arasına qədər açıq, çılpaq qollu, kəsik saçlı, tünüklüyündən alt paltarları belə görünən qızlar!

«Necə? Onun qızı da bu cürmü böyüyəcək? Özünü bu əndazəsizliyin ağuşunamı atacaq? Heç vaxt!»

– 3 –

Q a s ı r ğ a ( p o v e s t )

Düşüncələr içində qovrulan Zobel, İdanın böyüməsi və

tərbiyəsi üçün ən ciddi qaydalar qoydu: Qızın saçı öz qaydası ilə uzun olmalıdır. Dodaqları və yanaqları heç vaxt oğlanlara gəl-gəl deyən ənlik-kirşan üzü görməyəcək. Sadə

Все готово!

Мы собрали для вас персональную книжную подборку на основе ваших предпочтений.

1 из 10 оценок
Оцените как минимум 10 книг, чтобы рекомендации были
более точными
1 из 10 оценок