Günəş böyük Texas çölü üzərində parıldayırdı. Çöldə bir neçə furqon görünürdü. Onlar bir-birinin ardınca düzülərək isti çöl ilə gedirdi. Uşaqlı kölə qadınlar furqonlara minmişdilər, kişilər isə furqonların yanı ilə yeriyirdilər.
Dəstənin başında gedən atlı plantasiya sahibi Vudli Poyndekster idi. O, ailəsi ilə birlikdə Leona çayı sahilindəki yeni malikanəsinə köçürdü. Bu, əlli yaşında, hündürboy bir adam idi. Sadə, lakin qəşəng geyinmişdi. Başında enli həsir şlyapa vardı. Onunla yanaşı iki atlı gedirdi. Sağ tərəfdəki oğlu Henri idi. O biri atlı plantasiya sahibinin bacısı oğlu idi – Kassi Kolhaun. İstefaya çıxmış zabitdi. Onların arxasınca gedən karetdə iki qız oturmuşdu. Bunlardan birinin dərisi elə bəyaz idi ki, adamın gözünü qamaşdırırdı. Bu, Poyndeksterin yeganə qızı Luiza idi. O biri isə onun kənizi idi.
Günorta idi. Plantasiya sahibi hava qaralana qədər bu yolu qət etmək fikrində idi. Lakin dayanmalı oldular: qapqara yanmış düzənlikdə yolu seçmək mümkün deyildi. Elə bu zaman uzaqda bir atlı göründü. Paltarından meksikalıya oxşayırdı. Kolhaun naməlum adamı ispanca salamladı.
– Yox, canım, – naməlum adam gülümsəyib cavab verdi. – Mən meksikalı deyiləm. Güman edirəm, ingiliscə danışsam, siz məni daha yaxşı başa düşərsiniz. Sizin izləri təsadüfən gördüm. Hiss etdim ki, yolu itirmisiniz. Buna görə də atımı çapıb köməyə gəldim.
– Tərəfinizdən bu, alicənablıqdır. Olduqca minnətdarıq. Mənim adım Poyndeksterdir. Luizianalı Vudli Poyndekster. Mən Leona çayı kənarında, İnc qalası yaxınlığında malikanə almışam. Biz oraya şər qarışana çata bilərikmi?
– Çata bilərsiniz… Siz Leona çayını qaladan beş mil aşağıdan keçməlisiniz. Orada çay dayazdır. Mənim atımın izi ilə gələ bilərsiniz. Salamat qalın, cənablar!
Расскажите нам о ваших литературных предпочтениях – выберите интересные вам жанры и поджанры
Мы собрали для вас персональную книжную подборку на основе ваших предпочтений.